Ru
18:54 / 31 Yanvar 2026

Oğlu döyülən Xalq artistinin həyat yoldaşı danışdı - VİDEO

Oğlu döyülən Xalq artistinin həyat yoldaşı danışdı - VİDEO
Eye

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkənin anası Natalia Balıyeva isə oğlunun ciddi zədə aldığını söyləyib.

"Onlar çox aqressiv idilər. Mənim oğlum ciddi zədə alıb, gözünün altı qaralıb. Artur yemək yeyə bilmir, yalnız su içir. Onun beyni silkələnib. Mən istəmirəm ki, insanlar özünü boş şeylərə görə belə aparsınlar", - o qeyd edib.

Faktla bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi polis şöbəsində araşdırma aparılır. Artur Balıyevin izahatı alınıb. Aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən Turxan Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar