Ru
16:55 / 26 Sentyabr 2026

Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan QALDIRILIR

Oktyabrın 1-dən koronavirus məhdudiyyətləri tamamilə aradan  QALDIRILIR
Eye

Rusiyanın Sankt-Peterburq şəhərində 2020-ci ildən bəri tətbiq olunan koronavirus məhdudiyyətləri 1 oktyabr 2026-cı il tarixində tamamilə aradan qaldırılacaq.


"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Gazeta" məlumat yayıb.

Qeyd edilib ki, şəhər rəhbərliyi bu qərarı Sankt-Peterburq və Leninqrad vilayətinin Baş Dövlət Sanitariya həkiminin əmri əsasında qəbul edib.

Hazırda Rusiyanın şimali paytaxtı adlandırılan bu tarixi bölgədə COVID əleyhinə bəzi məhdudiyyətlər tətbiq olunur. Məsələn, şəhər rəhbərliyinin təsdiq və icazəsi olmadan 300 nəfərdən çox insanın iştirakı ilə ictimai tədbirlərin keçirilməsi qadağandır. Qaydalara əsasən, oxşar tədbirlərin təşkilatçılarından insanları fərdi qoruyucu vasitələrlə təmin etmələri, 60 yaşdan yuxarı sakinlərdən ictimai yerlərdə maska ​​taxmaları tələb olunur.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar