13:11 / 25 Noyabr 2025
Pakistanda 22 terrorçu öldürüldü – Sayları 93 oldu
212
Pakistan ordusu 22 terrorçunu məhv edib.
Bakupsot.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, Pakistan ordusu kəşfiyyat məlumatları əsasında Bannu bölgəsində əməliyyat həyata keçirib.
Şiddətli qarşıdurmadan sonra 22 silahlı məhv edilib. Üç gün əvvəl həmin bölgədə keçirilən başqa əməliyyatda 8 silahlı zərərsizləşdirilib.
Ölkə ərazisində daha əvvəl noyabrın 10-da 20, ayın 20-də 30, 21-də isə 13 terrorçunun öldürüldüyü açıqlanmışdı.
Bununla da ölkədə noyabr ayında məhv edilən yaraqlı sayı 93 olub. Qeyd edək ki, öldürülən terrorçular Hindistan tərəfindən dəstəklənib.
Cavid, BakuPost