Ru
17:55 / 02 Dekabr 2025

Pakistanda hərbi bazaya silahlı hücum – Ölən və yaralananlar var

Pakistanda hərbi bazaya silahlı hücum – Ölən və yaralananlar var
Eye

Dünən Pakistanın Bəluçistan əyalətindəki Çaqi bölgəsində ordunun böyük sərhəd qüvvələri bazasına qarşı kütləvi və çoxmərhələli hücum həyata keçirilib.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, hücum bazanın girişində quraşdırılan bombanın partlaması ilə başlayıb. Daha sonra silahlılar hərbi obyektə girərək bir neçə nəfəri güllələyiblər. Hadisə nəticəsində bir zabitin öldüyü, daha bir neçə nəfərin də yaralandığı açıqlanıb.

Hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib, ancaq hücumların “Təhrik-e-Taliban Pakistan” (TTP) tərəfindən həyata keçirildiyi ehtimal edilir. TTP 2007-ci ildə Pakistanın müxtəlif bölgələrində aktiv olan və İslam şəriəti əsasında dövlət qurmağı hədəfləyən radikal qrupdur. Qruplaşma bir neçə il ərzində müxtəlif terror hücumlarına görə məsuliyyət daşıyır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar