Ru
13:57 / 02 İyun 2026

Parisdə Türk Dünyasının irsinin qorunması ilə bağlı mühüm razılaşma

Parisdə Türk Dünyasının irsinin qorunması ilə bağlı mühüm razılaşma
Eye

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə işgüzar səfəri çərçivəsində UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini vəzifəsini icra edən Lazare Eloundou Assomo ilə ikitərəfli rəsmi görüş keçirib.

Bakupost.az xəbər verir ki, görüş qlobal səviyyədə türk mədəni və təbii irsinin qorunması, öyrənilməsi və beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı Fondun prezidenti, professor Aktotı Raimkulova UNESCO-ya əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması məqsədilə - təcrübə mübadiləsi, institusional əməkdaşlıq və rəqəmsal texnologiyalar sahələrini əhatələyən bir sıra strateji təkliflər təqdim edib.

UNESCO rəsmisi Lazare Eloundou Assomo öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun qlobal irsin qorunması istiqamətindəki fəal rolunu və beynəlxalq konvensiyaların hədəflərinə verdiyi praktiki töhfələri yüksək qiymətləndirib. O, təqdim olunan yeni təşəbbüslərin aparılmasında maraqlı olduqlarını ifadə edib.

Görüş, ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi naminə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılıqla başa çatıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar