Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-22-də Rusiyaya işgüzar səfər edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
O bildirib ki, Paşinyan dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Dekabrın 22-də isə MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edə biləcəyini deyib.
Asena,
BakuPost