Ru
11:59 / 16 Aprel 2026

Planını 4 gün təxirə salıb -Məktəbə hücumla bağlı yeni detallar

Planını 4 gün təxirə salıb -Məktəbə hücumla bağlı yeni detallar
Eye

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücumla bağlı yeni detallar üzə çıxıb.


Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Hadisəni törədən 8-ci sinif şagirdi İhsan Aras Mersinlinin hücumu əvvəlcədən planlaşdırdığı məlum olub.

İstintaq çərçivəsində aparılan axtarış zamanı şübhəlinin evindən götürülən kompüterdə hücumun aprelin 11-də planlaşdırıldığına dair sənəd aşkarlanıb.

Prokurorluq hadisənin bütün təfərrüatlarının araşdırılması üçün 3 baş prokuror müavini və 10 prokurorun işə cəlb olunduğunu açıqlayıb.

Kahramanmaraş prokurorluğunun açıqlamasında bildirilib ki, hücumda istifadə olunan silahlar şagirdin polis başmüfəttişi olan atasına məxsus olub.

Xatırladaq ki, məktəbin şagirdi İhsan Aras Mersinli 5 silah və 7 daraqla məktəbə hücum edərək 9 nəfəri qətlə yetirib, 17 nəfəri yaralayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar