Ru
23:34 / 08 Oktyabr 2026

Polad Bülbüloğlu ilə bağlı ŞOK FAKT AÇIQLANDI

Polad Bülbüloğlu ilə bağlı  ŞOK FAKT AÇIQLANDI
Eye

"Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik".


“Bakupost” xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu deyib.

"Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm, başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik "Dinamo" mağazasına, oradan hərəyə bir dənə start tapançası aldıq.

Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey edər?

Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Lyonya Vaynşteyn".

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar