Ru
21:52 / 25 Fevral 2026

Polkovnikə yüksək vəzifə verildi - Zakir Həsənovdan əmr

Polkovnikə yüksək vəzifə verildi - Zakir Həsənovdan əmr
Eye

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.


Bakupost.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, polkovnik Rəşad Babayev müdafiə nazirinin müavini və nazirliyin baş direktoru Aqil Qurbanovun Katibliyinin rəisi təyin edilib.


O, bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin rəisi olub.


Müdafiə Nazirliyi R.Babayevin yeni vəzifəyə təyin olunduğunu təsdiqləyib. Lakin qurum polkovnikin yeni vəzifəsinin adını açıqlamayıb.


"Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev nazirlik daxili yerdəyişmə qaydalarına əsasən digər məsul vəzifəyə təyin olunub", - açıqlamada bildirilib.


Qeyd edək ki, Rəşad Babayev Aqil Qurbanovun ən yaxın adamlarından biri sayılır. R.Babayev əvvəllər Dövlət Gömrük Komitəsində işləyib. A.Qurbanov müdafiə nazirinin müavini, nazirliyin baş direktoru təyin olunandan sonra iş yerini Müdafiə Nazirliyinə dəyişib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar