Ru
22:41 / 06 Noyabr 2025

Prezident Qəşəm Nəcəfzadə ilə bağlı sərəncam imzaladı

Prezident Qəşəm Nəcəfzadə ilə bağlı sərəncam imzaladı
Eye

Prezident İlham Əliyev Sərəncamı ilə şair Qəşəm Nəcəfzadə Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilib.


Bakupost.az AzPost.az-a istinadla xəbər verir ki, bu barədə Sərəncam 08 oktyabr 2025-ci ildə imzalanıb.

Təyinatla bağlı məlumat Audiovizual Şuranın rəsmi saytında açıqlanıb.

Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışıb. 1999-cu ildə Bakı şəhərinə köçüb. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləyib.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiridir. “Mədəniyyət TV” kanalında “Və ya” proqramının müəllifi və aparıcısı, Teleradio Akademiyasında “Radio və televiziyanın dili” fənni üzrə müəllim kimi fəalyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 2025-ci il tarixli 739 nömrəli Sərəncamı ilə Qəşəm Nəcəfov Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilmişdir.

“Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar