Ru
17:40 / 04 Sentyabr 2019

Prezidentdən Əminə Dilbazi ilə bağlı sərəncam

5912
Prezident İlham Əliyev "Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

BakuPost xəbər verir ki, sərəncamda deyilir:

"2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir".

Sərəncamla Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə Mədəniyyət Nazirliyinə Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər
  • Mais Nuriyev .

    Azərbaycan Xalq Rəqs sənətinin böyük ustadı olan Əminə xanım Dilbazinin 100 illik yubuleyinin keçirilməsi xəbəri məni də çox sevindirdi. Fürsətdən istifadə edərək bütün sənətsevərləri təbrik edirəm . Əminə Dilbazi Azərbaycan xalq rəqs sənətinə ömrünü sərf edən və bu sənətin milli ruhda yaşaması üçün professional məktəb qoymuş sənətkarlardandır. Ugurlar əldə etmək üçün tarixi yaddan çıxarmamaq və öyrənmək lazımdır . Bu baxımından bu tədbirlərin keçirilməsi gələcək nəsil üçün çox əhəmiyyətlidir. Xalq rəqs sənətinə olan yüksək diqqət və qayğıya görə Azərbaycan Mədəniyyət Nazirliyinə öz dərin minnətdarlıgımı bildirirəm. Belə tədbirlərin keçirilməsi rəqs sənətinin daha da inkişafına kömək olacaqdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər