Ru
11:44 / 01 Noyabr 2019

Primakovun anım mərasiminə deputatlar qatılıb? - Təkzib edirlər - YENİLƏNİB

32513

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ətrafında qalmaqal böyüyür. Artıq ziyalılar və bəzi ictimai birliklər öz mövqeyini açıq şəkildə ortaya qoyublar.

Sosial şəbəkələrdə isə məsələ ətrafında daha gərgin müzakirələr gedir. BakuPost məsələnin aktuallığını nəzərə alaraq, bəzi məsələləri qədiqləşdirməyə çalışıb. Məlum olub ki, universitet rəhbərliyinin təşkil etdiyi təmtəraqlı mərasimində Milli Məclisin 3 deputatı - Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Qafarova da iştirak edib.

Bu deputatların üçü də 3-ü də AŞPA-dakı nümayəndə heyətimizin üzvüdür. Ölkəmizin beynəlxalq qurumlarda milli, dövlətçilik maraqlarını qorumalı olan deputatlar Bakıda insanlarımızın qanına əl batmış bir şəxsin anım mərasiminə qatılması yəqin ki, birmənalı qarşılanmayacaq. (https://www.muallim.edu.az/news.php?id=7873&lang&fbclid=IwAR2AOELT--yurLFfy6un7eW-cXNAl46-NOagArRpCcH6Nvs_ht7jAYseoOQ#prettyPhoto)

(2019-10-31 16:43)














***

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində Milli Məclis üzvləri Səməd Seyidovun və digər deputatların da həmin sərgiyə qatıldığı iddasına adları çəkilən millət vəkillərindən reaksiya gəlib.

BakuPost xəbər verir ki, millət vəkili Sevinc Fətəliyevanın köməkçisi redaksiyamıza zəng vurararaq iddiaların həqiqəti əks etdirmədiyini bildirib. Sözü gedən fotonun həmin qalmaqallı müsabiqə zamanı deyil, Strazburqda keçirilən tədbirlərdən birində çəkilib. Sosial şəbəkələrdə hədəfə çevrilən Səməd Seyidov da Gununsesi.org-a açıqlamasında Primakova nifrət etdiyini və həmin tədbirdə iştirak etmədiyini bildirib:

“Mən “20 Yanvar” Şəhidlərini çiynimdə daşıyan şəxslərdən biri, qardaşını ermənilər qətlə yetirən bir insan kimi, bu yalanı lənətliyirəm. Bu dərəcədə yalan mənim ağlıma sığa bilməzdi. Mən orda olmamışam. Heç xəbərim yoxdur bu tədbirdən, şəkli də montaj ediblər. Sahibə xanım ümimiyətlə, bundan xəbərsizdir. O, hazırda Brusseldədir, heç Azərbaycanda yoxdur. Sevinc xanım da orda olmayıb. Bu dərəcədə yalanları yaymaqla nəyi məqsəd qoyublar. Şəhidlər Xiyabanında o qəbirləri qazan şəxsi, öz tələbəm Ülvi Bünyadzadəni çiynində ora aparan şəxs olaraq, mənə çox ağır gəldi. Belə şeylər təəssüflər olsun ki yalnız və yalnız düşmənlərimizə xidmət edir”.

Tədbir haqqında suala gəlincə, Səməd Seyidov bunları deyib: “Dünyada Qorbaçov çox yüksək səviyyədə qəbul olunur, çox yüksək səviyyədə mükafatlandırılır. Hətta “Nobel” mükafatınıda veriblər, ancaq bizim üçün Qorbaçov cinayətkardır. İndi Primakov Rusiyada yüksək səviyyədə qəbul olunur, yüksək səviyyədə müzakirə olunur. Rusiya üçün o qəbul olunan bir şəxsdir, ancaq bizim üçün çox böyük problemlər yaratmış bir kəsdir”.

Onu da qeyd edək ki, BakuPost həmin fotonu Təhsil Nazirliyinin mətbuat orqanı olan “Azərbaycan müəllimi” qəzetinin internet versiyasından götürüb. Burda deputatlara qarşı heç bir qərəz yoxdur. Rəsmi orqan olduğuna görə və bu təbirin də Təhsil Nazirliyinin tabeliyində olan Bakı Slavyan Universitetində keçirildiyi üçün sözügedən mətbu orqanı etibarlı mənbə hesab etmişik və fotolardan yararlanmışıq. Qeyd edək ki, həmin yazını yayımlayarkən istinad etdiyimiz mənbənin linkini də əlavə etmişik.

Bu gün məlum olub ki, muallim.edu.az saytı yazını saxlasa da, həmin şəkli silib. Lakin biz yazını hazırlayanda onu skrinşot etmişdik. Həmin skrinşotu təqdim edirik:




Şərhlər
  • Anonim

    Hər halda deputatların iştiraı olsa da,olmasa da bu akt baş tutub.Bax məsələnin məğzi budur.. Bu inistitun rəhbərliyi,mətbuat xidməti yoxmu,əgər varsa məsələyə niyə laqeyid münasibət var

  • Eldar Zeynalov

    Söhbət gedən şəkili bu ilin oktyabrda Strasburqda çəkdilər: https://1news.az/mobile/news/azerbaydzhanskiy-molodezhnyy-desant-v-strasburge-foto https://1news.az/images/2019/10/11/20191011094533544/5.jpeg

  • Asif Rehimov

    Bele cixirki bizim jurnalistlerimiz xaricdeki kim arasdirmirlar ve sensasiya xetrine ne geldi qus buraxirlar bu tam mesuliyetsizliye metbuat surasida goz yumur.

  • annonim

    ilk şəkil AŞPA-nın 70 illiyi ilə bağlı Strasburqda keçiriən tədbirdə çəkilib. həqiqətdən uzaq məlumat verirsiniz. alqı yaratmağa çalışırsınz. təəssüflər.

  • Nəbiyev Elmuraz

    Allah hər üç deputata lənət eləsin,ordakı iştiraklarına görə.

  • Şahin İsbatov

    İqtidar sahibləri əvvəllər millətə olan düşmənçiliklərini gizlədirdilər, indi isə gizlətmirlər. Biz onları əvvəllər gizlində söyürdük, indi isə aşkar deyirik - Ş Ə R Ə F S İ Z L Ə R ! ! !

  • İdris Qədimbəyli

    Bu hadisə , universitetin keçmiş məzunu kimi ,mənə çox pis təsir etdi. Azərbaycan üçün pislikdən başqa heç bir şey etməyən birinə yubiley keçirən təşkilatçıların hamısı cəzalanmalı, rektor isə təcili işdən çıxarılmalıdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər