Ru
12:41 / 30 İyul 2025

Putin düyməyə basdı - Bu ölkəyə müdaxilə ediləcək

Putin düyməyə basdı - Bu ölkəyə müdaxilə ediləcək
Eye

Moldovanın prezidenti Maya Sandu Rusiyanın payızda ölkəsində keçiriləcək parlament seçkilərini pozmaq və saxtalaşdırmaq niyyətində olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, Sandu bu barədə bu gün Ali Təhlükəsizlik Şurasının iclasından sonra brifinqdə deyib.

İclasda seçki prosesinə informasiya manipulyasiyası və xarici müdaxiləyə qarşı tədbirlər müzakirə olunub.

“Rusiya Federasiyası payızdan etibarən Moldova Respublikasına nəzarət etmək istəyir və sentyabrda keçiriləcək seçkilərə misilsiz müdaxilə hazırlayır. Kreml bəzi siyasi strukturlara investisiya yatırır ki, öz adamlarını parlamentə keçirsin,” – deyə Sandu bəyan edib.

Onun sözlərinə görə, Rusiya bu məqsədlə 100 milyon avro ayıracaq. Sandu həmçinin Rusiyanın dezinformasiya kampaniyası hazırladığını deyib:

“Rusiya siyasi xadimlərə, Avropa liderlərinə və jurnalistlərə qarşı yönəlmiş genişmiqyaslı qaralama və dezinformasiya kampaniyası hazırlayır.”

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar