Ru
15:07 / 01 İyul 2026

Putin qaçmağa hazırlaşır?

Putin qaçmağa hazırlaşır?
Eye

Son günlər Rusiya Prezidenti Vladimir Putinlə əlaqəli olan yaxtalar xarici ölkələrdə görünməyə başlayıb.

Putinlə əlaqəli “Viktoriya” yaxtasının iyunun 30-da Türkiyəyə getdiyi bildirilir.

"Bakupost" xarici mətbuata istinadən xəbər verir ki, “Viktoriya” gəmisi iyunun 26-sı Krasnodar diyarı sahillərindən yola düşüb. İki gün sonra yaxta Bosfor boğazından keçərək İstanbulun Pendik rayonunda lövbər salıb, daha sonra isə Bodrum şəhərinə yola düşüb.

Daha əvvəl, iyunun 29-da isə Putinlə əlaqəli olan “Graceful” yaxtası da Danimarka sahillərində görünüb. Bildirilir ki, gəmi Rusiya esminesi və “Voevoda” patrul gəmisi tərəfindən müşayiət olunub.

Siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, Putinlə əlaqəli bu faktlar ciddi fikir bildirmək üçün əsas olmasa da, hər halda müəyyən gizli proseslərin getdiyinə işarə sayıla bilər:

“Ukrayna-Rusiya müharibəsinin Rusiya ərazilərində yaratdığı dağıdıcı hücumlar müxtəlif şayiə və konspirativ nəzəriyyələrə rəvac verir.

Məsələ ondadır ki, Putinə qarşı etirazların artması belə xəbərlərin yayılmasına səbəb olur ki, guya o devriləcəyindən ehtiyat edərək müxtəlif əmlak və varılqlarını ölkədən çıxarır. Amma bunların əsassız olduğunu ehtimal etmək olar”.

Ekspertin sözlərinə görə, Putinlə əlaqəli yaxtalarla bağlı gündəmə gətirilən məlumatların nə məqsəd daşıdığı yaxın zamanlarda bəlli olacaq:

“Burada dövlət səviyyəsində Türkiyə və Avropaya emissarlar göndərməsi və hansısa danışıqlar üçün məsləhətləşmələr aparması ehtimalını da istisna etmək olmaz. Bunun müharibənin dayandırılmasına hesablandığı, ya da özünün ölkədən çıxdıqdan sonra sığınacaq almaq üçün aparıldığını zaman göstərəcək. Hesab edirəm ki, bu faktlar ciddi fikir bildirmək üçün əsas olmasa da, müəyyən gizli proseslərin getdiyinə işarə edir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar