Ru
10:51 / 26 Sentyabr 2025

Qara bazar "Qarabağ"ın biletlərini ələ keçirdi

Qara bazar "Qarabağ"ın biletlərini ələ keçirdi
Eye

Ötən gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"lə oyununa satışa çıxarılan biletlərinin aşağı qiymət kateqoriyasında olanları sürətlə bitsə də, sadiq azarkeşlər narazılıq yaşadı.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, biletlərin böyük bir qisminin "qara bazar"a keçməsi nəticəsində futbolsevərlər indi ilkin qiymətindən 3-5 dəfə baha bilet axtarışındadır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək bu qarşılaşmaya marağın böyük olacağı gözlənilən idi.

“iTicket.az” saytında satışa çıxan biletlərin çoxusu bir neçə saat sonra satılaraq bitib. Lakin bu sürətli satış prosesi heç də asan olmadı.

Sosial şəbəkələrdə minlərlə azarkeş satış sisteminin tez bir zamanda çökməsindən, veb-saytın işləməməsindən şikayət edirdi. Artıq axşam saatlarında isə vəziyyət daha da gərginləşdi: biletlər “qara bazar” kimi fəaliyyət göstərən müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə ilkin qiymətləri 5-30 manat əvəzinə 50-150 manat aralığında təklif olunmağa başladı.

Məsələ ilə bağlı klubun sosial şəbəkə hesablarında çoxsaylı etiraz şərhləri yazılıb.

Qeyd edək ki, "Qarabağ"-"Kopenhagen" oyunu oktyabrın 1-də keçiriləcək.

Şərhlər
  • Firuzə

    Qara bazarın qarşısını alsalar yaxşı olar

  • Rəvan Nəjməddinov

    Oyunlarda Tribunaların boş olma səbəbi özləri kimi qara günə qalmış qarabaza görədir. Millət pulu ağacdan yığmır ki gəlib 200 manat biletə pul versin. Rəsmən özbaşınalıqdır bu.nəzarət olmalıdı.

  • Rəvan Nəjməddinov

    Biletlərə limit qoyulsa heçbir özünə hörmət edən şəxs o hərəkəti etməz.

  • Azad abdulkerimov

    Wexsiyyet vesiqesiyle satsinlar kassalarda. Giriwede vesiqe ile buraxsinlar. Bizde eziyyet çekmeyen. 30manata satilacaqsa bilet ele kulübün özü satsın hesabinada pul kocsunde yoxsa 5manatliq bileri 30manata kimse satır. Cibini doldurur

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar