Ru
20:16 / 31 Oktyabr 2025

“Qarabağ”ın futbolçusu Qurbanovun cəza qərarından danışdı

“Qarabağ”ın futbolçusu Qurbanovun cəza qərarından danışdı
Eye

“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges baş məşqçi Qurban Qurbanovun futbolçuları cəzalandırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqasının X turunda evdə “İmişli”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra Teleqraf-a açıqlama verib.

Kadi bu xəbərləri nə təsdiq, nə də təkzib edib:“Bu sualları Qurban müəllimə versəniz, daha yaxşı olar (gülür – red.). Cəza var, ya yoxdur, deyə bilmərəm”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Atletik”lə keçirilən oyundan sonra futbolçuların istənilən səviyyədə çıxış etmədiyi, Qurban Qurbanovun isə bununla bağlı komanda üzvlərinə cəza verdiyi iddia olunub. Bildirilir ki, cərimə məbləği kifayət qədər böyükdür və həmin vəsait futbolçuların oktyabr ayı üçün maaş fondundan tutulacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar