Ru
15:04 / 24 Fevral 2021

Qarda yıxılıb xəsarət alanların sayı 27-ə çatdı - YENİLƏNİB 3

1911

Bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


"Bakupost" xəbər verir ki, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.


***


Bu gün saat 13:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.


"Bakupost" xəbər verir ki, yaralılardan ikisinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.


***


Bu gün saat 11:30-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.


"Bakupost"un məlumatına görə, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***

Bu gün saat 10:00-a qədər olan məlumata görə qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər