Ru
15:12 / 10 Avqust 2020

Qaxa istirahətə gedənlər cərimələndilər - FOTO

Qaxa istirahətə gedənlər cərimələndilər - FOTO
Eye

Qax Rayon Polis Şöbəsinin əməkdaşları sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirib.

"BakuPost"un məlumatına görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.

Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub.

Şənbə və bazar günləri ərzində ümumilikdə 9 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.


Qaxa istirahətə gedənlər cərimələndilər - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar