Ru
11:14 / 25 Mart 2026

Qazaxıstan Rusiya yemlərindən imtina etdi – Sibirdə mal-qara kütləvi məhv edilir

Qazaxıstan Rusiya yemlərindən imtina etdi – Sibirdə mal-qara kütləvi məhv edilir
Eye

Qazaxıstan hökuməti ölkədə veterinar təhlükəsizliyini təmin etmək və heyvan xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədilə Rusiya istehsalı bəzi kənd təsərrüfatı məhsulları və heyvan yemlərinin idxalını müvəqqəti qadağan edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, qadağan olunan məhsullar arasında buğda, çovdar, arpa, yulaf, qarğıdalı və soya paxlası yer alır. Həmçinin hazır heyvan yemləri, bitki mənşəli yem komponentləri, sıyıqlar, qırıntılar və s. də qadağa altındadır.

Qadağanın tətbiqi regional nəzarət orqanlarına göndərilmiş və qadağan olunmuş məhsulların sərhəddən geri qaytarılması tələb olunub. Bazar iştirakçıları artıq qadağaların həyata keçirildiyini, dəmiryolu operatorlarının Rusiya taxıl göndərişlərini geri qaytardığını bildirirlər. Qadağaların icrasına Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Vetnəzarət və Müfəttişlik Komitəsinin sədri Saken Kanybekov nəzarət edir.

Xatırladaq ki, Rusiya hazırda Sibir bölgələrində mal-qaranın kütləvi məhv edilməsi baş verir. Rəsmi məlumata görə, buna pasterelloz infeksiyasının səbəb olduğu bildirilir. Lakin bir neçə mənbə ağız-ayaq xəstəliyi ehtimalını da göstərir. Bu risklər Qazaxıstanın Rusiya heyvan məhsullarının idxalını məhdudlaşdırmasına səbəb olub və indi taxıl və əlaqəli məhsullara da təsir göstərir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar