"Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək".
Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, bu, Azərbaycanın da maraqlarına uyğundur:
"Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxırlar. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin".
Zaur, BakuPost