Türkiyə Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında bildirib.
Qeyd edək ki, ötən il iki ölkə arasında ticarətin həcmi 5 milyard dollar təşkil edib.