Ru
21:45 / 04 May 2021

Qəbələdə partlayış: Ölən var

Qəbələdə partlayış: Ölən var
Eye

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar