Ru
18:10 / 06 Fevral 2026

Qəddafinin oğlu belə dəfn olunacaq

Qəddafinin oğlu belə dəfn olunacaq
Eye

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində qətlə yetirilən oğlu Seyf əl-İslamın dəfn mərasimi yalnız onun ailəsinin və iki yerli qəbilənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə Seyf əl-İslamın cənazəsinin aparıldığı Bəni Vəlid şəhərindəki təhlükəsizlik rəsmisi məlumat verib.

"Dəfn mərasimində yalnız onun ailəsi və Liviyanın iki qəbilə şurasının üzvləri iştirak edəcək", - deyə məlumatda bildirilib.

"Əl-Hədət" qəzetinin məlumatına görə, hazırda Liviyada Qəddafi ailəsinə əsas dəstək mərkəzlərindən biri olan Bəni-Vəliddə Seyf əl-İslama anım duası üçün hazırlıqlar gedir. Öldürülən şəxsin qohumları əvvəllər bildirib ki, Qəddafinin oğlu babası və kiçik qardaşı Xamisin dəfn olunduğu qəbiristanlıqda dəfn olunacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar