Ru
09:18 / 17 Mart 2026

Qəhvə içməyənlər daha tez "dəli" olurmuş

Qəhvə içməyənlər daha tez "dəli" olurmuş
Eye

"Journal of Affective Disorders" jurnalında dərc olunan yeni araşdırma gündəlik qəhvə içmək vərdişinin bəzi psixi pozuntuların riskini azalda biləcəyini üzə çıxarıb.

Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, Britaniyanın "UK Biobank" məlumat bazasından 460 mindən çox iştirakçının məlumatlarını təhlil edən alimlər, 13 ildən çox müddətdə insanların sağlamlıq vəziyyətini izləyiblər.

Tədqiqatın nəticələri maraqlı qanunauyğunluğu göstərir, psixi pozuntular riski ən az olan qrup gün ərzində 2-3 fincan qəhvə içən şəxslərdir. Həddindən az və ya çox qəhvə istehlak edən insanlarda bu müsbət təsir daha zəif müşahidə olunub. Araşdırmanın digər detalı isə qəhvənin qoruyucu təsirinin qadınlarla müqayisədə kişilərdə daha qabarıq özünü göstərməsidir.

Maraqlıdır ki, kofeinin orqanizmdə emal olunma sürətinə təsir edən genetik xüsusiyyətlər bu nəticələri dəyişməyib. Alimlər bu müsbət təsirin səbəbi kimi qəhvənin tərkibindəki iltihab əleyhinə xüsusiyyətlərin və beyin fəaliyyətinə təsir edən bioloji proseslərin rol oynaya biləcəyini güman edirlər.

Psixi sağlamlığı qorumaq üçün qəhvənin bu təsiri maraqlı olsa da, ekspertlər hər zaman olduğu kimi ölçülü olmağı tövsiyə edirlər. Çünki həddindən artıq kofein bəzi şəxslərdə əks təsir yaradaraq narahatlıq və ya yuxu pozğunluğuna səbəb ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar