Qərbi Kaspi Universiteti ilə Almaniya universitetləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir.
Bakupost.az xəbər verir ki, Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramı – DAAD təşkilatının dəvəti ilə Almaniyada bir sıra universitetlərdə görüşlər keçirib.
H.Bağırov səfər zamanı Almaniyanın Ebersvalde Tətbiqi Elmlər Universiteti, Brandenburq Texniki Universiteti, Zwickau Tətbiqi Elmlər Universiteti, Yena Tətbiqi Elmlər Universiteti, Maqdeburq-Stendal Tətbiqi Elmlər Universitetinin akademik və inzibati heyəti ilə görüşlərdə birgə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.