Netanyahu niyə qalib gələ bilmir?! ABŞ Vyetnam müharibəsini əsgəri qurtardı deyə uduzmadı. ABŞ-ın itkiləri Sovet İttifaqının Stalinqradın bir məhləsində itirdiyindən də az idi. Vyetnam isə milyonlarla itki vermişdi.
Bakupost.az xəbər verir ki, bunu politoloq Turab Rzayev qeyd edib.
O, ABŞ-ın resurslarının yüz illərlə müharibə aparmağa yetəcək qədər olduğuna diqqət çəkib:
"ABŞ Vyetnam müharibəsini 2 səbəbə görə uduzdu:
a) Rəqibin ruhu. Vietkonqlar milyonlarla itki versələr, kimyəvi və kütləvi qırğın silahlarına məruz qalsalar da, müqavimət göstərməyə davam etdilər.
b) İctimai rəy. Müharibə uzandıqca ABŞ öz ölkəsində ictimai rəyi itirdi. Əhaliyə müharibəni əsaslandıra bilmədi.
İndi gələk İsrailə.
a) Qəzzada daş üstündə daş qalmayıb. Yüz minlərlə insan öldürülüb. Salamat yaşayış binası qalmayıb. İnsanlar acından ölür.
Amma müqavimət ruhu ölməyib. Hələ də davam edir. Qəzza əhalisi nə kütləvi sürgünə gedir, nə də təslim olur.
b) Netanyahu hökuməti həm daxildə, həm də xaricdə ictimai rəyi sürətlə itirir.
İsrailin ənənəvi müttəfiqləri olan Qərb ölkələrində əhalinin əksəriyyəti, siyasi və mədəni elitanın böyük hissəsi Qəzzada baş verənləri dəstəkləmir.
Bir sıra Avropa ölkələri Netanyahunun həbsinə order verir, İsrailə qarşı boykota və embarqoya çağırış edir, Beynəlxalq Məhkəmənin Netanyahu və Qantz haqqında cinayət qərarını tanıyır. İrlandiya və İspaniya kimi ölkələr açıq şəkildə Fələstini müdafiə edir.
İngiltərə və həvariləri ilk dəfə hakimiyyətdə olan İsrail nazirlərinə sanksiya tətbiq ediblər.
Və ən əsası, ABŞ ictimai rəyi artıq İsrailin əleyhinədir.
Bu, İsrail üçün çox böyük itki və çox böyük təhlükədir. İlk dəfə ABŞ-da çoxluq İsrail əleyhdarıdır.
BMT baş katibi İsraili açıq tənqid edir, onu soyqırımı və müharibə cinayətlərində ittiham edir, Fələstinə dəstək üçün ABŞ və İsrailin dəvət edilmədiyi beynəlxalq konfrans çağırır.
Və Britaniya. Əlahəzrət tac artıq barıtın çox olduğunu görür. İlk dəfə daimi yəhudi lobbisinin yanında olan, qeyd-şərtsiz dəstək verən mühafizəkarların İsraili açıq tənqid etdiyini görürük.
Britaniya hökuməti İsrail Qəzzada əməliyyatı davam etdirərsə, Fələstin dövlətini tanımağı nəzərdən keçirir.
Netanyahu İsrail daxilində də ictimai rəyi itirir. Ancaq ABŞ və Britaniyada ictimai rəyi itirmək İsrail üçün daha təhlükəlidir".
Asena,
BakuPost