Ru
12:57 / 06 Oktyabr 2026

Qızıl ucuzlaşdı – Dollar gücləndi

Qızıl ucuzlaşdı – Dollar gücləndi
Eye

Qızılın qiyməti güclü dollar və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 128,69 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə 4 156 dollar səviyyəsində qalıb.

Dolların möhkəmlənməsi qızılı digər valyutalardan istifadə edən investorlar üçün bahalaşdırıb. ABŞ-də sentyabr ayında məşğulluq artımının gözləniləndən daha çox zəifləməsi isə FES-in oktyabrda faiz artıracağı ilə bağlı gözləntiləri azaldıb.

ABŞ-də xidmət sektorunda aktivliyin zəifləməsinə baxmayaraq, güclü daxili tələb tədarük zəncirlərinə təzyiqi artırıb. Şirkətlərin xammal və digər giriş xərclərini ölçən göstəricinin dörd ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlməsi inflyasiyanın 2027-ci ilə qədər yüksək qala biləcəyinə işarə edib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Elə bu qızıl, qara metal, digər tikinti-quruculuq və ağır sənaye avadanlığı materiallarının ilkin filizdən emal dilməməsi və yüksələn qiymətlər təbii (sərvət dəyərini belə ödəməz?) məhsuldarlığın xərcləri ödəmədiyini aşkar təsdiqləyir? Yerin təkindən bir litr yanacaq-enerji Xam neftin qiyməti təqribən 75 sentlə, bircə litr içməli *özbaşına axar-çay* su qiymətiədir. Hələ boşalmış quyuya təbiəti nisbi də olsa bərpa üçün su da vurmaq gərək?

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar