Ru
23:11 / 26 Sentyabr 2019

Rafael Cəbrayılov elə ilk iclasda mandatını itirə bilər - VİDEO

 Rafael Cəbrayılov elə ilk iclasda mandatını itirə bilər -   VİDEO
Eye

Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib.


BakuPost-un məlumatına görə, Real TV sözügedən məsələ ilə bağlı sujet hazırlayıb.


Millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı açıqlama verərək, bu addımı cinayət adlandırıb: "Bu mandatı xalq verib. İnsanlar onu seçiblər və etibar ediblər. Hər hansı bir şəxsin marağa görə hər hansı bir sənədi, deputat vəsiqəsini girov qoyması ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər. Parlamentin sədri bununla bağlı İK-ə müraciət edir. Əgər belə faktlar ortaya çıxırsa, o zaman İK bunu parlamentə çıxarır, parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və mandatı ləğv olunur".

Sujetdə Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahiminqızının, İK-in sədri Ağacan Əbiyevin fikirləri də yer alıb.




Bundan başqa, Rafael Cəbrayılov da açıqlama verib. O məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar