Ru
20:48 / 10 Mart 2026

Raket hücumu nəticəsində İsraildə həlak olan şəxslər azərbaycanlıdır? - RƏSMİ

Raket hücumu nəticəsində İsraildə həlak olan şəxslər azərbaycanlıdır? - RƏSMİ
Eye

Azərbaycanın İsraildəki Səfirliyi raket hücumu nəticəsində həlak olan azərbaycanlı haqda məlumat paylaşıb.


Bakupost.az xəbər verir ki, məlumatda deyilir:


“Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır. Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib.


A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. Amid Murtuzov ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı. Mərhumun ailəsinə və doğmalarına səbr diləyir, başsağlığı veririk. Allah rəhmət eləsin!”


Qeyd edək ki, sosial şəbəkələrdə həlak olan işçilərdən birinin Özbəkistan vətəndaşı olduğu qeyd edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar