Ru
14:36 / 30 Mart 2026

Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…

Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…
Eye

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mərhum Xalq artisti Rasim Balayevlə bağlı maraqlı video paylaşıb.

Bakupost.az xəbər verir ki, Rasim Balayev tələbələrlə görüşü zamanı “Dədə Qorqud” filmindəki aslanla döyüş səhnəsi ilə bağlı xatirələrini bölüşüb:

“Anara dedim ki, o epizodu dəyiş. O isə dedi ki, “qorxma, o, ev şiridir”. Keşlədəki kombinat həmin şirə 15-20 kilo ət verirdi. Bir avtobus onun üçün ayrılmışdı, bütün oturacaqlar çıxarılıb, tək onun üçün oturacaq saxlamışdılar. Bir gün Kinostudiyada dedilər ki, “düş aşağı, sənin partnyorunu gətiriblər”. Gəldim, gördüm ki, şir oturub, hamıya da diqqətlə baxır. Dedim, bu fikirləşir ki, bunun görəsən harasından başlayım yeməyə”.

Daha ətraflı videoda:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar