Ru
20:19 / 26 Dekabr 2025

Rusiya ordusunun əsgərinin Rusiyada dəhşətli əməli - FOTO

Rusiya ordusunun əsgərinin Rusiyada dəhşətli əməli - FOTO
Eye

Ukraynaya qarşı vuruşan rus əsgəri Dmitri Stenkin Kursk vilayətinin Qiri kəndində bir evə hücum edərək, oradakı çoxuşaqlı ana Olesya Larinanı zorlamaq istəyib. Larinanın qışqırığına əri gəlib. Stenkin avtomatdan atəş açaraq, çoxuşaqlı ana Larinanı güllələyərək öldürüb, ərini isə yaralayıb. İki azyaşlı qızını isə zorlamaq üçün girov götürmək istəyib.


Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Aida Eyvazlı məlumat yayıb.

“40 yaşlı hərbçi Dmitri Stenkin cinayəti bu ilin aprel ayında törədib.

Stenkinin cinayət əməlindən yalnız 2025-ci ilin may ayında xəbər tutublar. Əvəllər də bir neçə dəfə məhkumluq həyatı yaşayıb, cəzaçəkmə müəssisəsində polisə hücum, administrativ nəzarətdən yayınma və zorlama, adam öldürməklə hədələmə cinayətlərinə görə cəza çəkib.

Onu 2-ci Qərb Hərbi Dairəsi məhkəməsi ömürlük cəzaya məhkum edib”, - o bildirib.


Qeyd edək ki, Rusiya cəzaçəkmə müəssisələrində olanlar könüllü orduya yazılmaqla cəzadan azad olunur və müharibəyə göndərilirlər. Nəticə etibari ilə Rusiya ordusunda olan cinayətkarların sayı kifayət qədərdir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar