Ru
13:26 / 14 Noyabr 2025

Rusiya robotu səhnədə yıxıldı – “Çox içibmiş” – VİDEO

Rusiya robotu səhnədə yıxıldı – “Çox içibmiş” – VİDEO
Eye

Rusiyanın ilk antropomorfik robotlarından biri, “AIdol”, bu günlərdə Moskvada keçirilən texnologiya tədbirində təqdim olunarkən səhnədə yıxılıb.

Səndəlləyərək səhnəyə çıxan robot bir neçə saniyə sonra yıxılıb. Personal onu jurnalistlər və qonaqlardan gizlətmək üçün qara pərdələrlə əhatə edib.

Şirkətin baş direktoru Vladimir Vituxin Rusiyanın RBK xəbər agentliyinə bildirib ki, robot müxtəlif şərtlər altında test olunub və yıxılma zəif işıqlandırma və ya texniki nasazlıq səbəbindən baş verə bilər.

Hadisə sosial şəbəkələrdə bir anda trend olub. İstifadəçilər olayla bağlı müxtəlif gülməli şərhlər yazıblar. “Yəqin çox içibmiş” şərhi ən çox bəyəni toplayanlar arasında lider olub.


Cavid, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar