Ru
09:36 / 11 Mart 2026

Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərilir

Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərilir
Eye

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.

Bakupost.az xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar