Ru
09:27 / 11 Mart 2026

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı

İran ABŞ ilə danışıqlar üçün şərtlərini açıqladı
Eye

İran atəşkəs danışıqlarında vasitəçilik etmək istəyən ölkələrin bütün təkliflərini rədd edib və diplomatik prosesin bərpası üçün ABŞ-dən müəyyən zəmanətlər tələb edir.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə Livanın "Əl Mayadeen" televiziya kanalı çıxış edib.

Kanalın xəbərinə görə, Tehran Vaşinqtonun gələcəkdə İslam Respublikasına qarşı təcavüzkarlığa yol verilməməsinə, təzminatların ödənilməsinə və İranın nüvə enerjisi obyektlərində nüvə yanacağı istehsalına zəmanət verməsində israr edir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar