Rusiyanın Rostov şəhərində azərbaycanlıların da olduğu “Omskiy-121” gəmisi dron hücumuna məruz qalıb.
“Bakupost”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 11-də səhər saatlarında baş verib
İlkin məlumata əsasən, hücum nəticəsində ölən yoxdur. Xəsarət alanların olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.
Gəminin ekipajının 12-13 nəfərdən ibarət olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları da var.
Qeyd edək ki, “Omskiy-121” “Bakupost”un daha əvvəl dron hücumları ilə bağlı məlumat yaydığı, Rostovda çətin vəziyyətdə qalan və göyərtəsində azərbaycanlıların olduğu “Consul” gəmisinin arxasında olub.
Xəbər dərc edildikdən sonra gəmidəki azərbaycanlıların taleyi ilə bağlı sorğu göndərdiyimiz rəsmi qurumların heç biri suallarımızı cavablandırmayıb.
Lalə Novruz, BakuPost