Rusiyanın Xalq artisti, gürcü əsilli müğənni Valeri Meladze xarici agent kimi tanına bilər.
Bakupost.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bu addım, müğənninin Ukraynayönlü mədəniyyət təşkilatları ilə əlaqəsi barədə məlumatların yayılmasından sonra atılıb. Bildirilir ki, həmin təşkilatlar Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirir.
Hazırda Rusiya Federasiyasının İstintaq Komitəsi, Baş Prokurorluq və Ədliyyə Nazirliyi yoxlamalar aparır. Məlumatlar təsdiqlənərsə, Meladzenin Rusiyaya girişi qadağan oluna və o, vətəndaşlıqdan məhrum edilə bilər.
Aysel,
BakuPost