Rusiyada korporativ sektorda rəhbərlərlə sıravi əməkdaşlar arasındakı maaş fərqi sürətlə böyüyür.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, analitik göstəricilərə əsasən, ötən il funksional sahə rəhbərlərinin gəliri onların tabeliyində çalışan yeni əməkdaşların maaşından orta hesabla 10 dəfə artıq olub.
Məlumata görə, iri şirkətlərdə bəzi CEO-ların məvacibi sıravi əməkdaşlarınkından 50 dəfə yüksəkdir. Kadr mütəxəssisləri bu uçurumun səbəbini Rusiya korporativ idarəçiliyində illərdir mövcud olan modellə izah edirlər: rəhbər “əvəzedilməz fiqur”, sıravi işçi isə “ucuz və asan əvəzlənən resurs” kimi qiymətləndirilir.
Bu tendensiya əmək bazarına da təzyiq yaradır — aşağı səviyyəli vəzifələr üçün maaşlar süni şəkildə ucuz saxlanılır, yuxarıda isə astronomik məvacibli rəhbər təbəqəsi formalaşır.