Ru
10:48 / 31 İyul 2025

"Rusiyanın uğursuz prezidenti..." - Trampdan Moskvaya daha bir ultimatum

"Rusiyanın uğursuz prezidenti..." - Trampdan Moskvaya daha bir ultimatum
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevə ABŞ-la müharibə barədə verdiyi açıqlamalarla bağlı sərt cavab verib.

Bakupost.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Rusiyanın uğursuz keçmiş prezidenti, özünü hələ də dövlət başçısı hesab edən Medvedyev sözlərinə fikir verməlidir. O, çox təhlükəli bir əraziyə daxil olur!” - Tramp yazıb.

Bundan əlavə, Tramp bildirib ki, ABŞ və Rusiya arasında “faktiki olaraq, heç bir ticarət əlaqəsi yoxdur”. O, bu vəziyyətin gələcəkdə də belə qalmasını arzuladığını qeyd edib.

Xatırladaq ki, Medvedyev Trampın Moskvaya qarşı irəli sürdüyü ultimatumlara sərt cavab vermişdi. O, Trampı Rusiyanın İran və ya İsrail olmadığını başa düşməyə çağırıb. Siyasətçi həmçinin qeyd edib ki, hər bir ultimatum müharibəyə doğru atılan addımdır.

Medvedyev onu da əlavə edib ki, Tramp Rusiyaya nə vaxt danışıqlar masasına oturmaq lazım olduğunu diktə edə bilməz.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar