Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə Rusiyanın hücumlarına asimmetrik cavab planı barədə razılığa gəldiyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün teleqram kanalında yayımladığı videomüraciətində məlumat verib.
“Əməliyyatlarımıza gəlincə, mən Rusiya müharibəsinə asimmetrik cavablarımızla bağlı bəzi planlar barədə Xidmətlə razılaşdım. Sadəcə onu deyə bilərəm ki, cavabımız çox sərt olacaq”, – deyə Zelenski bildirib.
Prezident həmçinin qeyd edib ki, oktyabrın 8-də o, SBU rəhbəri Vasıl Malyuk ilə görüş keçirib. Görüş zamanı Malyuk SBU qüvvələrinin həyata keçirdiyi uzaqmənzilli zərbələrin nəticələri barədə məlumat verib.
Zelenski əlavə edib ki, uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərin effektivliyi artıq sübut olunub.