Ru
15:07 / 22 Yanvar 2026

Sabiq bankir direktor müavini oldu - Nazirdən yeni təyinat

Sabiq bankir direktor müavini oldu  - Nazirdən yeni təyinat
Eye

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor müavini təyin edilib.


Bakupost.az xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Aslanov Emin Şahin oğlu sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın "Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində "Mühasibat Uçotu” və "Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.

Xəbəri Maliyyə Nazirliyindən Bakupost.az -a təsdiqləyiblər


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar