Abşeron rayonunun Digah qəsəbəsində Şövkət Ələkbərova küçəsinin sakinləri magistrala çıxışdan məhrum olublar.
“Bakupost” xəbər verir ki, buna səbəb ərazidə tikinti şirkəti tərəfindən böyük hasarın çəkilməsidir.
Yerli sakinlər deyirlər ki, çoxsaylı şikayətlərdən sonra ərazini hasarlayan Rövşən və Abuzər qardaşları tikinti işlərini gecə saatlarında aparmalı olublar.
Onların sözlərinə görə, 50-60 nəfərin yaşadığı ərazi hasarlandığı üçün onların mərkəzə çıxışı məhdudlaşıb.
Daha ətraflı Real TV-nin videomaterialında: