Ru
22:40 / 22 Noyabr 2025

Samirə Əfəndi Ermənistan təmsilçisinə 12 xal verdi, LİNÇ EDİLDİ - VİDEO

Samirə Əfəndi Ermənistan təmsilçisinə 12 xal verdi, LİNÇ EDİLDİ - VİDEO
Eye

Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində maraqlı və gözlənilməz an yaşanıb.

Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, Azərbaycanı münsiflər heyətində təmsil edən məşhur müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib.

Müsabiqənin nəticələri elan olunarkən Samirə Əfəndinin erməni iştirakçını səhnədə qucaqlaması isə yarışmanın ən çox müzakirə olunan məqamına çevrilib. Bu jest sosial şəbəkələrdə geniş rezonans yaradıb, müxtəlif fikir və reaksiyalara səbəb olub.

İzləyicilərin bir qismi bu addımı “musiqinin siyasətdən üstünlüyü” kimi dəyərləndirsə də, digərləri bu davranışı tənqid edərək mübahisəli hesab edib. Hadisə qısa müddətdə sosial platformalarda trend mövzulardan birinə çevrilib.

Müsabiqənin təşkilatçıları bildiriblər ki, səsvermənin nəticələri və münsiflərin qərarı tam müstəqildir və yekun bal bölgüsü münsiflərin şəxsi qiymətləndirməsi əsasında verilib.



Şərhlər
  • Rəhim

    Samirənin bu hərəkətini Millətim, Xalqım üçün aşağılayıcı hərəkət hesab edirəm, belə ki, bəli biz də sülh istəyirik, ancaq biz uduzmamışıq ki, onlara ən yüksək bal verib, qucağlayıb sarmaşaraq "sülh arzulayırıq" deyək. 2-cisi belə bir hərəkəti AZƏRBAYCANLI qızına, xanımına yaraşdırmıram və hətda ən həqarətli bir hal kimi hesab edirəm...

  • Kecmiş idmançı

    Sosial şəbəkı nədir ki, orada ki "fikirlərə" görə kimisə tənqid, təqib edəsən?

  • .Nizami Aliev

    ну да .. Победитель перед побеждённым стелиться. Плохой пример "евро э видине " . 12 халла Гудуртмаjын ....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar