Ru
11:28 / 23 Noyabr 2021

Satıcı sahibkarın 9 min manatını mənimsədi

Satıcı sahibkarın 9 min manatını mənimsədi
Eye

Şamaxı şəhər sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənildiyini bildirib.

Bu barədə Bakupost.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan Rəvan İsayev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar