Aparıcı Pərviz Hüseynli “İnstagram” səhifəsində Bakıdakı məşhur “Ay işığı” restoranını tənqid edən paylaşım yayıb.
Bakupost.az xəbər verir ki, buna səbəb restoranın son vaxtlar qalmaqalda adı hallanan iki müğənnidən birinin adını konsert proqramından çıxarması olub.
Aparıcı restoranı tərəf tutmaqda ittiham edib:
“Sən restoransan, niyə tərəfkeşlik nümayiş etdirirsən? Çıxarırsansa, hər ikisini çıxar. De ki, qalmaqallı ifaçıları həmin gün səhnəmdə görmək istəmirəm. İllərin məkanı olasan, belə strategiyasız davranasan, ayıbdır e.
Vallah, mən utandım. Səidə yəqin sizin bu addımınızdan sonra acından ölər. Çox böyük bir addım atdınız, holdinqin səhmləri eniş yaşayır”.
Xatırladaq ki, müğənni Səidə Sultan martın 8-də Vəfa Şərifova ilə birlikdə “Ay işığı” restoranında eyni səhnəni paylaşmalı idi. Lakin bundan sonra Səidə Sultan video müraciət yayımlayaraq, ya onun, ya da Vəfa Şərifovanın səhnəyə çıxaması ilə bağlı restoranın qarşısında şərt qoyub.
Daha sonra “Ay işığı” restoranı yenilənmiş afişa paylaşıb. Afişada Vəfa Şərifovanın adı yer alıb, Səidə Sultanın adı isə çıxarılıb.
Yasəmən,BakuPost