Ru
11:50 / 09 Sentyabr 2026

Şəkidə qırılan kanatla bağlı şok detal: Faciədən 4 gün əvvəl təmirə bağlanıbmış

Şəkidə qırılan kanatla bağlı şok detal: Faciədən  4 gün əvvəl təmirə bağlanıbmış
Eye

Ötən gün “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı yeni detallar üzə çıxıb.

“Bakupost”a danışan və adının açıqlanmasını istəməyən hadisə şahidi bildirib ki, qəza onun kanata minməsindən təxminən 5 dəqiqə sonra baş verib.

Şahidin sözlərinə görə, o, hadisədən 4 gün əvvəl sentyabrın 4-də də ərazidə olub. Həmin vaxt ona kanatın təmirdə olduğu deyilib.

“Bizə dedilər ki, "mega" kanat təmirdədir, ona görə minə bilmədim. Sentyabrın 8-də isə kanat açıldı. Mən kanata mindikdən 5 dəqiqə sonra bu hadisə baş verdi. Bəs bunu necə təmir ediblər ki, belə hadisə baş verdi? Kanat niyə düzgün təmir olunmayıb?” - deyə şahid bildirib.

O həmçinin qeyd edib ki, ərazidə kiçik kanatın qiyməti 5 , böyük kanatın 15, “Mega" kanatın isə 20 manatdır.

Şahid hadisədən əvvəl ərazidə çəkdiyi videonu da “Bakupost”a göndərib.

Xatırladaq ki, hadisə nəticəsində Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədov və 27 yaşlı Bayramov Ucal Asif oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Lalə Novruz, BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar