Ru
21:51 / 08 Sentyabr 2026

Şəkidə dəhşətli hadisə: kanatın trosu qırıldı, iki nəfər öldü - YENİLƏNDİ

Şəkidə dəhşətli hadisə: kanatın trosu qırıldı,  iki nəfər öldü - YENİLƏNDİ
Eye

18:47

Şəkidə istirahət mərkəzində ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində qeydə alınıb.

İlkin məlumata əsasən, istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində iki nəfər həyatını itirib.

Ölən şəxslərin 30-31 yaşlarında Ucal Asif oğlu Bayramov və Coşqun Ceyhun oğlu Məmmədzadə olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***

Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması, nəticədə 2 nəfərin yüksəklikdən düşərək həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

Faktla bağlı araşdırma Şəki rayon prokurorluğunda aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar