Sevgilisinin bank kartından yemək sifariş verən kişi məhkəməlik olub.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakının Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü X.Məmmədov sevgilisi N.Quliyeva ilə birgə istirahət zamanı onun bank kartından istifadə etməklə mobil tətbiqdən 210 manatlıq yemək sifariş edib.
Qadın gizli olaraq pul vəsaitinin oğurlanmasına görə Abşeron rayon Pİ-nə ərizə ilə müraciət edib.
Sonda işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, 33 yaşlı X.Məmmədovun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.