ABŞ-də internetin aparıcı axtarış sistemi olan “Google”a qarşı kütləvi məhkəmə iddiası qaldırılıb.
Bakupost.az Ölkə.Az-a istinadla xəbər verir ki, “Google”ın süni intellekti (Sİ) “Gemini” bütün istifadəçilərin söhbətlərini və şəxsi məlumatlarını gizli şəkildə izləməkdə ittiham olunur.
İddia internet şirkətlərinin şəxsi məlumatlarımızı özbaşına toplamasının və öz mənfəətləri üçün istifadə etməsinin qarşısını almaq üçün qaldırılıb.
“Bloomberg” yazır ki, “Gemini” “Gmail”, “Chat” və “Meet”də istifadəçilərin xəbəri və ya razılığı olmadan aktivləşdirilib.
İstifadəçilər “Gemini”ni deaktiv edə bilər, lakin bu, olduqca mürəkkəbdir və əksər istifadəçilər bunu necə edəcəyini bilmir.
Belə olan halda (“gemini” söndürülmədikdə) “Google” "Gmail”də göndərilən və alınan bütün elektron poçtlara, bütün əlavələrə, “Google Chat” söhbətlərinə və “Google Meet” zəng qeydlərinə daxil ola bilər.