Əməkdar artist Tahir İmanov vəhhabi olması haqqında iddialara ilk dəfə münasibət bildirib.
Bakupost.Az xəbər verir ki, o, bu barədə "Planet Parni iz Baku"nun sosial media hesabında paylaşım edib.
Aktyor onun dini mənsubiyyəti ilə bağlı açıqlama verən, yazı yazan şəxslərdən narazlıq edib:
"Mənim ailəmin şəxi həyatına daxil olmayın. Hələ mənə müxtəlif ləqəblər də qoşursunuz. Baxmayaraq ki, bizim dində qanun baxımından azadlıqdır. Yazırsınız ki, Tahirin dini təriqəti belədir, elədir. Şükür Allaha mən müsəlmanam. Heç kimə ləqəb qoşmuram. Mənim üçün İslamda olan hər bir qardaş, bacı müsəlmandır. Sizlərdən fərqli olaraq, insanları təriqətlərə bölmürəm. Bizim şəxsi həyatımıza qarışmayın. Əgər bu hal təkrarlanarsa mən Azərbaycan qanunvericiliyinin mənə verdiyi bütün imkanlardan istifadə edəcəyəm. Bu hədə qorxu deyil. Sonra mənə yalvarmayın ki, ərizəni geri götür.".
Qeyd edək ki, mərhum Əməkdar artist Cabir İmanovun vəfatından sonra sosial mediada onun qardaşı Tahir İmanovun
vəhhabi olması haqqında iddialar yayılmışdı.