Ru
22:10 / 09 Mart 2026

Tolikdən onu əvəzləyən aparıcı ilə bağlı sərt xəbərdarlıq: “Şəkillərimi...”

Tolikdən onu əvəzləyən aparıcı ilə bağlı sərt xəbərdarlıq: “Şəkillərimi...”
Eye

Xəbər verdiyimiz kimi, bu gündən etibarən teleaparıcı Könül Muxtarova Space TV kanalında yayımlanan "Sevilən səhər" verilişinin aparıcısı kimi fəaliyyətə başlayıb. O, hər səhər saat 09:30-dan etibarən 3 saat canlı yayımda tamaşaçıların qarşısına çıxacaq.

Həmin saatda daha əvvəl Tolikin aparıcılığı ilə "Tarixin bir günü" verilişi yayımlanırdı. Aparıcı dəyişikliyindən sonra sosial mediada Toliklə Könül Muxtarovanın şəkilləri birlikdə paylaşılıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Tolik bu paylaşımlara etiraz edərək sosial şəbəkədə sərt açıqlama yayıb:

"Buradan sonuncu dəfə xəbərdarlıq edirəm. Mənim şəkilimi hansısa aparıcı ilə paylaşaraq özünüzə reytinq qazandırmağa çalışmayın. Könül bizim dostumuzdur və onun gəlməsində mənim də rolum olub. Amma buna görə mənim şəklimi icazəsiz paylaşmaq heç kimə haqq vermir. Kimdə mənim şəkilimi görsəm, həmin səhifə barədə rəsmi şəkildə şikayət edəcəyəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar